Вернуться назад Распечатать

Rusiya MN: Hava hücumundan müdafiə qüvvələri bir sutkada 926 Ukrayna PUA-sını vurub

1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya ərazisi istiqamətində yüzlərlə pilotsuz uçuş aparatı (PUA) buraxdığını açıqlayıb.

Nazirliyin məlumatına görə, Rusiya hava hücumundan müdafiə (HHM) sistemləri bir sutka ərzində 926 PUA-nı, eləcə də idarəolunan 12 aviasiya bombasını məhv edib.

Qurum hücumların dəf edilməsi ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.

Xatırladaq ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi iyulun 13-nə keçən gecə ölkənin müxtəlif regionları üzərində 342 Ukrayna PUA-sının vurulduğunu bildirmişdi. Məlumata görə, hücumlar Volqoqrad, Vladimir, Belqorod, Bryansk, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan və Tula vilayətlərini, həmçinin Moskva bölgəsini, Krasnodar diyarını, Krımı və Adıgey Respublikasını əhatə edib.

Qeyd edək ki, bu məlumatlar Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.