Вернуться назад Распечатать

Zelenski Ekumenik Patriarxla danışıb

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Ekumenik Patriarx Varfolomey arasında telefon danışığı olub.

1xeber.media xəbər verir ki, Siyasətçi mesajı özünün Telegram kanalında yayıb.“Ukraynaya verdiyi mənəvi dəstəyə görə Zati-alilərinə təşəkkür etdim və Patriarxı qarşıdan gələn bayramlar - Milad və Yeni il münasibətilə təbrik etdim”, - deyə məktubda vurğulanır.Zelenski əlavə edib ki, o, Konstantinopol Patriarxı ilə dünya dini ictimaiyyəti arasında Ukraynaya dəstəyi gücləndirmək barədə danışıb. Siyasətçi “mənəvi müstəqillik əldə etmək” səylərini də vurğuladı.