1xeber.media xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Ukrayna Silahlı Qüvvələrinin (USQ) Moskva vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücuma Rusiyanın sərt cavab verəcəyini bildirib.
NEWS.ru-ya danışan deputat hücumun cavabsız qalmayacağını iddia edib.
“USQ bunun əvəzini tam şəkildə ödəyəcək. Bu, yaxın vaxtlarda baş verəcək. Moskva vilayətində zərər çəkən insanların qisası dəfələrlə alınacaq”, – deyə Kolesnik bildirib.
Xatırladaq ki, iyulun 13-nə keçən gecə Ukraynaya məxsus PUA-lar Moskva vilayətinə hücum edib. Rusiya tərəfinin məlumatına görə, İstra rayonunda baş verən hücum nəticəsində 3 nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb. Solneçnoqorsk şəhərində isə iki nəfərin xəsarət aldığı bildirilib.
Qeyd edək ki, bu məlumatlar və bəyanatlar Rusiya rəsmilərinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.