1xeber.media xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai ABŞ senatoru Lindsi Qremin ölümü ilə bağlı sərt açıqlama verib.
Diplomat bildirib ki, Qremin fəaliyyəti ilə bağlı onun ölümünə görə heç kimin kədərlənməyəcəyini iddia edib.
“Həyat irsi nifrət və təcavüzə dəstəkdən ibarət olan belə bir insan insanların yaddaşında yalnız qaranlıq iz buraxacaq. Bu sərt ritorikalı senatorun ölümü heç bir azad insanın kədərinə səbəb olmayacaq”, – deyə Bəqai bildirib.
Qeyd olunur ki, Lindsi Qremin 71 yaşında vəfat etdiyi barədə məlumat iyulun 12-də yayılıb. İlkin məlumatlara görə, ölüm səbəbi aterosklerotik ürək-damar xəstəliyi fonunda aortanın parçalanması olub.
Lindsi Qremin Vaşinqtonun əsas “şahin” siyasətçilərindən biri kimi tanınırdı. O, dəfələrlə Rusiyaya qarşı sərt təzyiq siyasətinin və maksimum sanksiyaların tətbiqinin tərəfdarı olub. Senator həmçinin İran və Çinə qarşı sərt mövqeyi ilə tanınıb.
Bununla yanaşı, Qrem İsrailə geniş dəstəyin göstərilməsini ardıcıl şəkildə müdafiə edib.