Suriyanın yeni hakimiyyət orqanları Latakiya əyalətində və Suriyanın digər bölgələrində əsgərlərin yenidən qeydiyyata alınması üçün mərkəzlər açıb.
1xeber.media xəbər verir ki, bu barədə Financial Times (FT) yazır.Jurnalistlərin Latakiyanın “Əsədin qalası” adlandırdıqları yerdə yüzlərlə keçmiş hərbçi növbəyə dayanıb. Onları devrilmiş prezident Bəşər Əsədin portretlərinə tüpürməyi tələb edən “Həyat Təhrir əl-Şam” (HTS; terrorçu kimi tanınan və Rusiyada qadağan olunmuş) qruplaşmasının döyüşçüləri müşayiət edir.
Yeni hakimiyyətin fikrincə, belə mərkəzlərin köməyi ilə insanları tərksilah etmək və ölkədə təhlükəsizliyi təmin etmək mümkün olacaq.
Latakiyanın özündə bir çoxları hakimiyyətin ələ keçirilməsinin qanunsuzluq və qisas dövrünə başlayacağından qorxur.