1xeber.media xəbər verir ki, Yəmənin şimalına nəzarət edən Ənsar Allah hərəkatı (husilər) dekabrın 24-də Təl-Əviv bölgəsindəki hərbi obyektə hipersəs raketi ilə hücum etdiyini açıqlayıb.
“Yəmən Silahlı Qüvvələri Fələstin 2 tipli hipersəs ballistik raketi ilə işğal olunmuş Yaffadakı İsrailin düşmən hərbi obyektinə uğurlu zərbə endirdiyini bildirir”, Husilərə məxsus Əl Məsirə telekanalı bildirib.Silahlı Qüvvələr əlavə edib ki, husilər “İsrail-Amerika-Britaniya təcavüzünə müqavimət göstərməyə tam hazırdır”.