Вернуться назад Распечатать

Bakıda keçiriləcək U-17 dünya çempionatında 60 ölkədən güləşçilərin iştirakı gözlənilir

Bakıda keçiriləcək güləş üzrə U-17 dünya çempionatında iştirak üçün indiyədək qeydiyyatdan keçən ölkələrin sayı bəlli olub.

1xeber.media xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, ilkin iştirak ərizələrinə əsasən, turnirdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə ümumilikdə 60 ölkədən 669 idmançı mübarizə aparacaq.

Xatırladaq ki, U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.