Вернуться назад Распечатать

Sabah şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

1xeber.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.