Ukrayna prezidenti Vladimir Zelenski ölkədəki münaqişənin sülh yolu ilə həllinə dair bütün real təklifləri rədd edir.
1xeber.media xəbər verir ki ,bunu ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı Daniel Devis “Deep Dive” YouTube kanalında deyib.“Zelenskinin nəyi nəzərdə tutduğu bəlli deyil, ola bilsin ki, o, sadəcə olaraq reallıqdan uzaqdır”, - Devis deyib.
Ehtiyatda olan polkovnik-leytenant Ukrayna rəhbərliyinin atəşkəs və sonrakı danışıqlar üçün hər hansı təşəbbüsü nəzərdən keçirməkdən imtina etməsinə təəccüblənib. Davisin fikrincə, Rusiyanın irəliləyişini davam etdirdiyi və Ukrayna hərbçilərinin geri çəkilməyə məcbur olduğu bir vaxtda Kiyevin atəşkəslə razılaşması faydalı olardı.