Вернуться назад Распечатать

Prezident İlham Əliyev: “Belə avtomobillərlə heç yerə getmərəm”

İpək yolu, yoxsa..   -"Changan" şirkətindən şikayət

Dünyanın əsas iqtisadi güc mərkəzlərindən biri olan Çinlə ölkəmiz arasında ticarət əlaqələri günbəgün artmaqdadır. Ölkələrimiz arasındakı əməkdaşlıq həmişə sağlam təməllərə əsalanıb. Bu gün Çin məhsulları Azərbaycanda ən çox təlabat duyulan mallardandır. 
Bir yazar olaraq fəaliyyətimdə Çin-Azərbaycan əlaqələrini həmişə diqqət mərkəzində saxlamış, bu barədə müsbət fikirlərimi öxucularla bölüşmüşəm. Ölkəmizdə Çin avtomobillərinin-konkret olaraq "Changan" avtomobilinin ilk istifadəçilərindənəm. Mən hal-hazırda idarə etdiyim maşını alanda indikindən dəfələrlə baha qiymətə satılırdı.

Lakin Böyük İpək yolunun başlandığı ölkənin istehsalı olan bu maşına pul xərcləməyə xəsislik etmədim. Düşündüm ki, "Changan" üçün bütün yollar ipək yoludur, bütün işlər də ipək kimidir. Hətta "Changan" Azərbaycan şirkətinin fəaliyyəti ilə bağlı ətraflı  araşdırma apardım, inamlı müsbət medyada yayımladım. 
Çin avtomobillərinin ölkəmizdə nə qədər geniş yayıldığını görmək üçün sadəcə paytaxt küçələrində bir tur atmaq kifayətdir. Bəzən özünü Pekinin mərkəzində hiss edirsən. Bu iki dövlət arasında münasibətlərin inkişafı baxımından müsbət tendesiyadır, ürəkaçandır. Lakin neyləyəsən ki, ürək hər zaman açılmır, daha doğrusu açılmağa imkan vermirlər. 

Bir neçə gün əvvəl cənab Prezidentin Çin avtomomobilləri ilə bağlı dediyi “belə avtomobillərlə heç yerə getmərəm” fikri məncə həyacan siqnalı hesab olunmalıdır. Ümumiyyətlə, son vaxtlar sosial şəbəkələrdə, müxtəlif media vasitələrində Çin avtomobilləri-xüsusilə onların servisləri ilə bağlı tənqidi fikirlər durmadan artır. Alıcıları bəhəbhlə cəlb etmək, məhsulu satdıqdan sonra isə meydanda tək buraxmaq yaxşı əməl deyil. Çin maşınlar köhnə sovet maşını deyil ki, məftillə, pres ipiylə təmir edəsən, itələyib xoda salasan. Maşallah, elə istehsal eləyiblər ki, yanından keçəndə üç dəfə “bismillah” deyirsən ki, xətrinə dəyməsin, səni yarı yolda qoymasın. 

Əlqərəz, dediyim kmi "Changan"ın ilk sürücülərindənəm, şəninə tərif deyənlərdənəm. Amma gün döndü, ay dolandı mənim də "Changan"ım xarabladı. Nə olar, texnikadır, olan şeydir deyib üz tutdum "Changan"ın servis mərkəzinə. Allah xatirinə adamı qarşılamaqlarına söz yoxdur. Servisin rəhbəri Əli müəllim rus demişkən adamı “kak palojna” qarşılasa da servis əməkdaşı Turxan bəy adamı “kitayski” yola salır. Bir aydan çoxdur ki, servisə gedib-gəlsəm də adi detallar tapılmır, maşının təmiri yubadılır. Bu necə servis mərkəzidir ki, avtomobil üçün ən zərurui ehtiyat hissələri tapılmır. Adamdan soruşarlar ki, satanda, zəmanət verəndə yaxşı idi, xidmət göstərməyə gələndə pis oldu ? İndi neyləyək, “şaravoy”dan ötrü Çinəmi gedək ? Maşında radio da yoxdur ki, hərdənbir mahnıya-zada qulaq asıb fikrini dağıdasan.

Məncə, ölkədə Çin avtomobillərinin satışı ilə məşğul olan şirkətlər-xüsusilə "Changan Azərbaycan" şirkəti maşının qapağını qabağına qoyub dərindən fikirləşməlidir. Bu maşını satırsansa onun servisini də təmin etməlisən. Narazılıqların durmadan artması onu göstərir ki, bu sahədə böyük boşluq var. Biz Böyük İpək yolu bilib yola çıxmışdıq, sən demə bu yol Böyük Kələk yoluymuş...

Nicat Mahmudov