Вернуться назад Распечатать

Şuşa Qlobal Media Forumu çərçivəsində “Media üfüqləri: Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr” mövzusunda paralel tədbir keçirilib

4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində rəqəmsal məzmun yaradıcılarının iştirakı ilə “Media üfüqləri: Süni intellekt, vizual hekayəçilik və yeni nəsil təcrübələr”mövzusunda paralel tədbir keçirilib. 

1xeber.media xəbər verir ki,Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədovun moderatorluğu ilə baş tutan tədbirdə texnobloqerlər Fərid Pərdəşünas və Tariyel Ağazadə, bloqerlər Gela Vasadze və bloqer Diana Knud spiker qismində çıxış ediblər.

Müzakirələr zamanı rəqəmsal medianın inkişaf tendensiyaları, süni intellekt texnologiyalarının məzmun istehsalına təsiri, vizual hekayəçiliyin yeni imkanları və auditoriya ilə ünsiyyətin müasir formatları ətrafında fikir mübadiləsi aparılıb. Çıxışçılar qeyd ediblər ki, süni intellekt alətləri rəqəmsal məzmunun hazırlanması və yayılmasında yeni imkanlar yaratsa da, kreativ yanaşma, etibarlılıq və etik prinsiplər öz aktuallığını qoruyub saxlayır.

Spikerlər, həmçinin sosial media platformalarında uğurlu kontent strategiyalarının qurulması, yeni texnologiyaların yaratdığı imkan və çağırışlar, eləcə də rəqəmsal məzmun yaradıcılarının informasiya ekosistemində artan rolu barədə fikirlərini bölüşüblər.