1xeber.media xəbər verir ki, amerikalı aktyor Tom Kruz yeni "Digger" filminin posterindəki görünüşünə görə sosial şəbəkə istifadəçilərinin diqqət mərkəzinə düşüb. İstifadəçilər aktyorun xarici görünüşü ilə bağlı çoxsaylı zarafatlar ediblər.
Məlumata görə, rejissor Alexandro Qonsales İnyarritunun ekran işində 64 yaşlı Tom Kruz eksantrik milyarder Digger Rokuell obrazını canlandırır. Yayımlanan posterdə aktyor ağ köynək, boz-mavi kostyum, gümüşü çəkmələr və kovboy şapkası ilə görüntülənib.
İzləyicilər xüsusilə aktyorun üzündə istifadə olunan qrimə diqqət çəkiblər. Şərhlərdə "Nəhayət, yaşına uyğun görünür", "Tom, bu sənsən? Səni tanıya bilmədim", "Qrim ustaları onun üzərində neçə saat işləyiblər?" və "Tom Kruz artıq yaşlı görünür" kimi zarafat xarakterli fikirlər yer alıb.
Qeyd edək ki, bundan əvvəl də sosial şəbəkə istifadəçiləri amerikalı aktyor Bred Pitti "Bir zamanlar... Hollivudda" filminin davamının tizerindəki görünüşünə görə tənqid etmişdilər.