Вернуться назад Распечатать

İndoneziyada nadir Sumatra pələngi bir həftə ərzində iki nəfərin ölümünə səbəb olubx

1xeber.media xəbər verir ki, İndoneziyada təbiəti mühafizə qurumları bir həftə ərzində məktəbli və meşə təsərrüfatı işçisinin ölümünə səbəb olduğu bildirilən nadir Sumatra pələngini tutmağa çalışırlar. Bu barədə Antara agentliyi məlumat yayıb.

Məlumata görə, hər iki hadisə Sumatra adasının Riau əyalətində yerləşən meşə təsərrüfatı konsessiyası ərazisində baş verib.

Bildirilir ki, iyulun 7-də pələng meşə işçilərinin düşərgəsində tualetdə olan 12 yaşlı oğlanı apararaq öldürüb.

İyulun 10-da isə yırtıcı gecə saatlarında düşərgə ərazisini tərk edən 29 yaşlı meşə işçisi Eko Prasetyoya hücum edib. Məlumata əsasən, kişinin qismən yeyilmiş meyiti sonradan tapılıb.

Hazırda müvafiq qurumlar pələngin tutulması istiqamətində əməliyyatları davam etdirirlər.