Вернуться назад Распечатать

Makron Kir Starmeri Ukraynaya dəstəyə görə Fransanın ən ali ordeni ilə təltif edib

1xeber.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron istefaya gedən Böyük Britaniyanın baş naziri Kir Starmeri ölkənin ən yüksək dövlət mükafatı olan Şərəf Legionu ordeni ilə təltif edib. 

Məlumata görə, Kir Starmer Fransa prezidenti tərəfindən Avropanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində Fransa ilə birgə fəaliyyətinə görə bu ordenlə təltif edilən ilk Böyük Britaniya baş naziri olub.

Təltifetmə mərasimində çıxış edən Makron Starmerin "istəklilər koalisiyası"nın yaradılmasında tarixi rol oynadığını bildirib. Fransa prezidenti, həmçinin ona ölkəsi qarşısında öhdəliklərini yerinə yetirdiyinə, Avropanın və Ukraynanın təhlükəsizliyinə verdiyi töhfəyə, ikitərəfli münasibətlərə və prinsipial mövqeyinə görə təşəkkür edib.

Bundan əvvəl Emmanuel Makron Ukraynadakı münaqişənin kapitulyasiya ilə başa çatmamalı olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, Avropa tarixində təslim olmağın ağır nəticələri dəfələrlə müşahidə edilib və bu səhv yenidən təkrarlanmamalıdır.