1xeber.media xəbər verir ki, ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar layihəsinə ehtiyatla yanaşırlar. Səbəb kimi sənədin ABŞ Prezidenti Donald Tramp tərəfindən tam dəstək almaya biləcəyi göstərilir.
Məlumata görə, həm respublikaçılar, həm də demokratlar növbəti addımlara keçməzdən əvvəl Trampın sanksiyalara qəti dəstək verdiyini açıq şəkildə bildirməsini gözləyirlər.
Qanun layihəsinin müəllifi olan mərhum senator Lindsi Qremin dəfələrlə Trampın bu sanksiyaları dəstəklədiyini söylədiyi bildirilsə də, Ağ Ev rəhbərinin rəsmi mövqeyini açıqlamaması sənədin daha əvvəl Senatın müzakirəsinə çıxarılmasına mane olub.
Respublikaçı senator Con Hoven bildirib ki, Qremin Trampın ideyanı dəstəklədiyini söyləməsi onun mütləq şəkildə sənədə yaşıl işıq yandıracağı anlamına gəlməyib.
"Onun razılığı olduqdan sonra bu məsələ üzrə irəliləyəcəyimizi düşünürəm", – deyə senator qeyd edib.
Bundan əvvəl məlum olmuşdu ki, Rusiyaya qarşı yeni sanksiyalar layihəsi Rusiya nefti və qazının ən böyük alıcılarına, o cümlədən Çin və Hindistana qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.