Вернуться назад Распечатать

Bu ölkədə 559 körpəyə "Haaland" adı verildi

2026-cı il FIFA Dünya Çempionatı zamanı Norveç millisinin hücumçusu Erling Haaland Peruda böyük populyarlıq qazanıb.

1xeber.media xəbər verir ki, bu maraq yeni doğulan körpələrin ad seçimində də özünü göstərib. Peru Milli Şəxsiyyət və Vətəndaş Vəziyyəti Reyestrinin (RENIEC) məlumatına görə, turnir müddətində yüzlərlə körpəyə Haalanddan ilhamlanan adlar verilib.  

Məlumata əsasən, 468 körpəyə yalnız “Haaland”, daha 91 körpəyə isə “Erling Haaland” adı verilib. Beləliklə, ümumilikdə 559 körpə Haalanddan ilhamlanan adlarla qeydiyyata alınıb. Bildirilir ki, bu cür ad seçimləri Dünya Çempionatının başlamasından sonra, xüsusilə Norveç millisinin 1/4 finala yüksəlməsinin ardından əhəmiyyətli dərəcədə artıb.  

Peruda futbol ulduzlarının adlarının uşaqlara verilməsi yeni ənənə deyil. Rəsmi statistikaya görə, ölkədə 33 mindən çox Neymar, 3 402 Messi (onlardan 292-si “Lionel Messi”), həmçinin 1 185 Cristiano Ronaldo adlı şəxs yaşayır. Son dövrlərdə isə Lamine Yamal və Kylian Mbappe adlarından ilhamlanan adlar da populyarlıq qazanır.