İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem Argentina ilə 2026-cı il dünya çempionatının yarımfinal oyununda Lionel Messi ilə yaşadığı gərgin anın mübahisə olmadığını bildirib.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, Bellinqem qarşılaşmadan sonra verdiyi açıqlamada həmin epizodun meydandakı adi dialoqdan ibarət olduğunu deyib. Onun sözlərinə görə, söhbət etdiyi müdaxilə ilə bağlı olub və aralarında heç bir problem yaşanmayıb. İngilis futbolçu Messi ilə eyni meydanda oynamağın onun üçün böyük şərəf olduğunu vurğulayıb.
“İnsanlar bunu böyüdə bilər, amma bu, sadəcə adi söhbət idi. Messi ilə aramızda heç bir mübahisə olmayıb. Məğlubiyyət çox ağırdır, lakin onunla eyni meydanı bölüşmək mənim üçün imtiyaz idi”, - deyə Bellinqem qeyd edib.