Rafiq Həşimov 60 illik yubileyi ərəfəsində Türk mədəniyyətinə verdiyi töhfələrinə görə “TÜKRSOY” medalı ilə təltif edilib.
1xeber.media xəbər verir ki, medalı yubilyara TÜRKSOY-un baş katibi Sultan Rayev təqdim edib.
S.Rayev təmsil etdiyi qurum tərəfindən Türk mədəniyyətinə xidmətlərinə görə bu medalın verildiyini qeyd edib: “Bu medal ilk dəfə olaraq televiziya xadiminə verilir. Azərbaycanın görkəmli televiziya və kino xadimi, ssenarist, telejurnalist, eyni zamanda esseist və tərcüməçi Rafiq Həşimovun 60 illik yubileyidir. Rafiq müəllim bir çox bədii-sənədli filmlərin müəllifdir.
Bir-birindən maraqlı tv proqramlarının aparıcısı və müəllifidir. Onların sırasında türk dünyasının görkəmli mədəniyyət, ədəbiyyat və elm xadimləri var. Biz TÜRKSOY olaraq onun bu xidmətlərini dəyərləndiririk. Və Rafiq müəllimi 60 illik yubileyi münasibəti ilə TÜRKSOY-un ali təsisatlarından biri olan “TÜRKSOY” medalı ilə təltif edirik. Türk mədəniyyətinə xidmətlərinə görə. Təbrik edirik!”