Вернуться назад Распечатать

Ukraynanın yeni baş naziri qarşıdakı qışın daha çətin keçəcəyini bildirib

1xeber.media xəbər verir ki, Ukraynanın yeni baş naziri Sergey Koretski Ali Radada vəzifəyə təsdiqləndikdən sonra çıxışında qarşıdakı qış mövsümünün ötən ildəkindən daha çətin ola biləcəyini deyib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

"Qarşıdakı qış əvvəlkindən daha çətin ola bilər", – deyə Koretski vurğulayıb.

Onun sözlərinə görə, hökumətin qış mövsümü ilə bağlı hələlik hazır proqramı yoxdur. Baş nazir bildirib ki, yaxın vaxtlarda bu istiqamətdə fəaliyyət planının hazırlanmasına başlayacaq.

Xatırladaq ki, Ukrayna Ali Radası Sergey Koretskinin baş nazir vəzifəsinə namizədliyini 289 deputatın səsi ilə təsdiqləyib.