Вернуться назад Распечатать

Oman sahillərində tanker vuruldu

Omanın Xəsəb şəhərindən 19 km şərqdə hərəkətdə olan tanker naməlum mərmi ilə vurulub.

1xeber.media xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumat yayıb.

Bildirilib ki, heyətin bütün üzvləri sağdır və xəsarət alan yoxdur. Ətraf mühitə zərər barədə də məlumat daxil olmayıb.

Hazırda gəmi hərəkətini davam etdirir.