Вернуться назад Распечатать

Zaxarova Almaniya səfirinin əlini sıxmamasının səbəbini açıqladı

1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 13-də Almaniyanın Rusiyadakı səfiri Aleksandr Qraf Lambsdorffun əlini sıxmamasının səbəbini açıqlayıb.

Zaxarova Lenta.ru-ya müsahibəsində bildirib ki, bu addım Almaniya diplomatının "rusofob mövqeyi" ilə bağlı olub. Onun sözlərinə görə, diplomatik protokol görüş iştirakçılarını mütləq şəkildə əl sıxmağa məcbur etmir.

Rusiya XİN sözçüsü qeyd edib ki, görüşün əvvəlində diplomatik protokolun tərəflərə verdiyi seçim hüququndan istifadə edib və əl sıxmaqdan imtina edib.

Zaxarovanın sözlərinə görə, bu qərar səfir Lambsdorffun Rusiyaya qarşı nümayiş etdirdiyi mövqe ilə əlaqədar qəbul olunub.

Qeyd edək ki, Mariya Zaxarova ilə Almaniyanın Rusiyadakı səfiri Aleksandr Qraf Lambsdorff arasında baş tutan görüş zamanı əl sıxmaması mediada geniş müzakirələrə səbəb olub.