Вернуться назад Распечатать

Moskvada sərxoş vəziyyətdə olan deputat saxlanılıb

1xeber.media xəbər verir ki, Xabarovsk Şəhər Dumasının deputatı Andrey Fyodorov Moskvada 13 sutka müddətinə inzibati həbs edilib.

TASS-ın Moskva Şəhər Məhkəməsinə istinadən yaydığı məlumata görə, məhkəmə müəyyən edib ki, VIII çağırış Xabarovsk Şəhər Dumasının deputatı Andrey Fyodorov iyulun 4-ü axşam saatlarında Moskva metrosunda güclü narkotik sərxoşluğu vəziyyətində hərəkət edib.

Bildirilib ki, deputat "Teatralnaya" metro stansiyası yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmənin qərarı ilə Andrey Fyodorov barəsində 13 sutka inzibati həbs cəzası təyin edilib. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.