O, bu barədə Sheinkin40 adlı YouTube kanalına müsahibəsində danışıb.
Rınska bildirib ki, əvvəllər Latviyada rusdilli əhalinin hüquqlarının pozulduğunu düşünməsə də, son dövrlərdə bunun şahidi olduğunu deyib.
“Əvvəllər mənə elə gəlmirdi ki, burada rusdilli əhali hansısa şəkildə sıxışdırılır. İndi isə görürəm ki, belə hallar var və bu, rus əhalisini incidən addımlardır”, – deyə jurnalist qeyd edib.
Onun sözlərinə görə, bu münasibət əsasən hökumət və deputatlar tərəfindən nümayiş etdirilir. Rınska vurğulayıb ki, adi vətəndaşlar gündəlik həyatda rusofob münasibət göstərmirlər.
Jurnalist həmçinin Latviya hökumətinin rusdilli əhaliyə qarşı həyata keçirdiyi siyasəti tənqid edərək, bunu yanlış yanaşma adlandırıb.
Qeyd edək ki, daha əvvəl Moskvanın Tver Rayon Məhkəməsi Bojena Rınskanı nifrətin qızışdırılması maddəsi ilə təqsirli bilərək 20 min rubl məbləğində cərimələyib.