Вернуться назад Распечатать

Rusiyalı həkim təyyarədə doğuş hekayəsi uydurdu, yalanı üzə çıxdı

1xeber.media xəbər verir ki, Rusiyanın Krasnoyarsk vilayətinin Evenkiya rayonundan olan həkim təyyarədə doğuşa kömək etməsi ilə bağlı danışdığı hadisənin yalan olduğu ortaya çıxıb.

Rusiya Səhiyyə Nazirliyi sözügedən reysdə heç bir əkiz doğuşunun baş vermədiyini təsdiqləyib. Bildirilib ki, hərbi həkim Adel Eraliyeva artıq yalan danışdığını etiraf edib, lakin bunu hansı səbəbdən etdiyi məlum deyil.

Hazırda həkimin telefonunun bağlı olduğu və jurnalistlərin onunla əlaqə saxlaya bilmədiyi qeyd olunur.

Daha əvvəl Eraliyeva yerli mediaya açıqlamasında Sankt-Peterburqdan Krasnoyarska uçan təyyarədə sərnişin qadının doğuşuna kömək etdiyini bildirmişdi. O, guya təyyarədə “kral əkizləri”nin – oğlan və qız uşaqlarının dünyaya gəldiyini söyləmişdi.

Həkim həmçinin hadisəni izləyən sərnişinlərdən birinin gördüklərindən sonra özünü pis hiss etdiyini iddia etmişdi.