1xeber.media xəbər verir ki, Fransanın Xarici İşlər Nazirliyi Rusiyanın Parisdəki səfirliyinin müvəqqəti işlər vəkilini kiber məkanda guya “zərərli fəaliyyət”lə bağlı izahat vermək üçün quruma çağırıb.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Açıqlamada bildirilir ki, Rusiya səfirliyinin müvəqqəti işlər vəkili iyulun 17-də Avropa və Xarici İşlər Nazirliyinə dəvət olunub.
Fransa tərəfi bildirib ki, görüşün məqsədi Rusiyaya aid olduğu iddia edilən və Fransanın kiberməkanında həyata keçirildiyi deyilən “zərərli fəaliyyətləri pisləmək” olub.
Paris bu cür addımları qəbuledilməz adlandırıb.
Qeyd edək ki, iyunun 11-də Almaniya, Böyük Britaniya və Fransanın Rusiyadakı səfirləri Aleksandr Lambsdorff, Naycel Keysi və Nikola de Rivyer Rusiya Xarici İşlər Nazirliyinin binasına gedərək, nazir müavini Mixail Qaluzin tərəfindən qəbul ediliblər. Görüş Qərb ölkələrinin nümayəndələrinin təşəbbüsü ilə baş tutub.