Türkiyə Ticarət Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi olaraq gömrük sistemində mühüm texniki dəyişiklik edib.
1xeber.media xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb
Məlumata görə, artıq üçüncü ölkələr vasitəsilə idxal, ixrac və tranzit əməliyyatları üçün gömrük bəyannamələrində Ermənistanın rəsmi kodunu - "077" - birbaşa göstərmək mümkün olacaq.
Bu dəyişiklik gömrük uçot sistemində (BİLGE) də öz əksini tapıb.
Türkiyə və Ermənistan ticarət münasibətlərini canlandırmaq üçün addımlar atmağa davam edirlər ki, bu da may ayında tarixi Ani körpüsünün birgə bərpası ilə bağlı imzalanmış memorandumda öz əksini tapıb.
İki ölkə arasında ticarət dövriyyəsi hazırda təxminən 335-350 milyon dollar təşkil edir, lakin tərəflər bunu qısa müddətdə 1 milyard dollara çatdırmağı hədəfləyirlər.