Səudiyyə Ərəbistanında yenidən partlayışlar baş verib.
1xeber.media xəbər verir ki, bu barədə İRİB məlumat yayıb.
Partlayışların Əl-Xərc şəhərində baş verdiyi bildirilib.
Bundan əlavə, Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin raket və dron hücumlarını dəf etdiyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl İranın son 4 ayda ilk dəfə Səudiyyə Ərəbistanı ərazisinə hücum etdiyi xəbəri yayılıb. Vurğulanır ki, İran Ərəbistandakı ABŞ bazasına ballistik raketlə zərbə endirib.