Вернуться назад Распечатать

Petr Çex: DÇ-2026-nın qalibi bu ölkə olacaq

Düşünürəm ki, İspaniya Argentinanı məğlub edə biləcək. Argentinalılar İngiltərəyə qarşı son yarım saatda müstəsna oyun nümayiş etdirdilər. Onlar finala böyük inamla çıxacaqlar. Argentina çempionluğu qazanmış millidir və təcrübəyə malikdir ki, bu da onlara finalda kömək edə bilər.

1xeber.media xəbər verir ki, bu sözləri Çexiya millisinin keçmiş qapıçısı Petr Çex “Tribal Football”a açıqlamasında deyib.

O bildirib ki, İspaniya yarımfinalda Fransaya qarşı oynadığı kimi oynasa, finalda da qalib gələcək.

Qeyd edək ki, Argentina və İspaniya DÇ-2026-nın 19 iyulda Nyu Cersidə (ABŞ) keçiriləcək finalında qarşılaşacaq.