Вернуться назад Распечатать

Polis qanunsuz saxlanılan 14 tüfəng aşkarladı

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 14 tüfəng və 5 patron aşkar edilərək götürülüb.

Bu barədə 1xeber.media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa, narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.