Вернуться назад Распечатать

5 ildə İrəvandan Bakıya 66 təyyarə uçub

Son 5 ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib.

1xeber.media  xəbər verir ki, bu barədə Ermənistanın İdarəetmə və İnfrastruktur Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, 2024-cü il dekabrın 11-də beynəlxalq şirkətin sifarişi ilə İrəvandan Bakıya çarter reysi həyata keçirilib.

“Son beş il ərzində, 2020-ci ildən başlayaraq beynəlxalq nümayəndə heyətlərinin daşınması məqsədilə İrəvandan Bakıya və əks istiqamətdə 66 dövlət reysi həyata keçirilib”, - deyə nazirlik vurğulayıb.