Вернуться назад Распечатать

Nazir: Qara dəniz sualtı fiber-optik kabeli layihəsi rəqəmsal dayanıqlılığı əhəmiyyətli dərəcədə gücləndirəcək

Qara dəniz sualtı fiber-optik kabeli yeni genişmiqyaslı məlumat mərkəzləri ilə birlikdə təhlükəsiz əlaqələri və rəqəmsal dayanıqlılığı əhəmiyyətli dərəcədə gücləndirəcək.

1xeber.media xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Şanxayda keçirilən Süni İntellektin Qlobal İdarə Edilməsi üzrə Yüksək Səviyyəli Görüşdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, süni intellekt (Sİ) sahəsində əməkdaşlığı dərinləşdirmək üçün Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi ilə Çinin Milli İnkişaf və İslahat Komissiyası (NDRC) arasında imzalanmış memoranduma əsasən birgə işçi qrupu yaradılıb: “Gürcüstan və Çin arasındakı tərəfdaşlıq artıq konkret, real təşəbbüslərə çevrilir. Bu gün biz bu tarixi missiyanı davam etdiririk və iki qitə arasında etibarlı rəqəmsal keçidə çevrilirik”.

Xatırladaq ki, 2022-ci ilin dekabrında “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Qara dəniz regionunun yaşıl enerji dəhlizi kimi yaradılmasında dönüş nöqtəsi olub. Bu saziş Azərbaycanın nəhəng bərpaolunan enerji resurslarını Gürcüstan və Rumıniya vasitəsilə Avropa enerji şəbəkəsi ilə birləşdirəcək Qara Dəniz Enerji sualtı kabeli tikintisinin əsasını qoyub.