1xeber.media xəbər verir ki, ABŞ-li, fələstin və holland əsilli supermodel Bella Hadidin yeni sevgilisinin kimliyi açıqlanıb. Bu barədə Daily Mail nəşri məlumat yayıb.
Məlumata görə, əvvəllər "dünyanın ən gözəl qadını" adlandırılan 29 yaşlı modelin yeni münasibətdə olduğu şəxs Kolorado ştatından olan layihə meneceri Natan Leysidir.
Nəşrin mənbəsinin sözlərinə görə, cütlüyün münasibətləri hələ ciddi mərhələdə deyil.
“Bella hazırda sadəcə yanında vaxt keçirə biləcəyi bir insan axtarır. O, evlənməyə tələsmir və bu münasibətə olduğundan artıq məna yükləməyə çalışmır”, – deyə insayder bildirib.
Qeyd edək ki, Bella Hadid daha əvvəl üz cizgilərinin qızıl nisbət (Golden Ratio) meyarlarına yaxınlığı ilə bağlı aparılan araşdırmalardan sonra mediada tez-tez "dünyanın ən gözəl qadını" kimi təqdim olunub. Bu isə elmi cəhətdən qəbul edilmiş rəsmi titul deyil, müxtəlif media orqanlarının və estetik qiymətləndirmələrin nəticəsinə əsaslanan ifadədir.