1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukraynada hökumətdə aparılan kadr dəyişikliklərinin səbəbləri barədə açıqlama verib.
Miroşnik iddia edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski hökumət kabinetində dəyişiklikləri əsas vəzifələrə daha çox ona sadiq və idarəolunan şəxsləri təyin etmək məqsədilə həyata keçirir.
"Dövlət kabinetində rotasiya hakimiyyətə maksimum idarəolunan və minimum siyasi ambisiyalara malik, Zelenskiyə sadiqliyini sübut etmiş şəxslərin gətirilməsindən ibarətdir", – deyə rusiyalı diplomat bildirib.
Xatırladaq ki, bundan əvvəl Ukraynanın müdafiə naziri Mixail Fedorovun vəzifədən ayrıldığı məlum olmuşdu. Fedorov istefasını şərh edərkən nazirliyin təşkilati transformasiyasını NATO standartlarına uyğun şəkildə başa çatdıra bilmədiyini etiraf etmişdi.
Daha sonra Fedorov Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin və Baş Qərargah rəisi Andrey Qnatovun vəzifədən azad edilməsinin zəruri olduğunu bildirib. KİV-in məlumatına görə, Fedorovla bu şəxslər arasında ciddi fikir ayrılıqları olub.
Qeyd: Məqalədə səsləndirilən fikirlər Rusiya rəsmisinin mövqeyidir və müstəqil şəkildə təsdiqlənmiş fakt kimi təqdim edilmir.