Вернуться назад Распечатать

İrəvanda silahlı qarşıdurmaların sayı artıb

Son bir həftə ərzində Ermənistan ərazisində, xüsusən də paytaxt İrəvanda silahlı qarşıdurmaların sayı artıb. Siyasətçilər İrəvanı Sicilya ilə müqayisə edirlər.

1xeber.media xəbər verir ki, bu barədə Ermənistan hraparak.am nəşri yazıb.

"Güclü Ermənistan" partiyasının sözçüsü Marianna Qahramanyan Ermənistanda baş verən atışma hadisələrinə münasibət bildirib. O, baş verənləri şərh edərkən Ermənistanı Sicilyaya bənzədib.

Onun sözlərinə görə, iyulun 12-də İrəvanın Vaqarşyan küçəsində baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb. İyulun 16-da Lori bölgəsində silahlı qarşıdurmada bir vətəndaş güllə yarası ilə xəstəxanaya aparılıb. İyulun 18-də İrəvanın Muratsan küçəsində baş verən atışmada bir nəfər həlak olub, bir nəfər yaralanıb. Hadisə yerində qumbara da tapılıb.

Siyasətçi yazır ki, bir həftə ərzində təkrarlanan bu hadisələr ölkədəki kriminal vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı bir çox suallar doğurur.

"Hüquq-mühafizə orqanlarının gördüyü işlərə əsasən, vətəndaşların təhlükəsizliyinin bu qədər həssas hala gəlməsi təəccüblü deyil" - deyə, M.Qahramanyan yazıb.