Вернуться назад Распечатать

Hacı Əliyev: Dünya çempionatında hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm

Dünya çempionatında yüksək rəqabət olur. Ona görə proqnoz vermək çətindir. Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm.

1xeber.media xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləş üzrə U-17 millisinin böyük məşqçisi Hacı Əliyev Bakıda bu yaş kateqoriyası üzrə keçiriləcək dünya çempionatı barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

O, komandanın məsul yarışa hazırlığını dəyərləndirib: “Komandamız indiyədək çoxlu təlim-məşq toplanışı keçib. Bura həm fiziki, həm də taktiki-texniki çalışmalar daxildir. Güləşçilər verilən tapşırıqları layiqincə yerinə yetiriblər. Ümid edirəm ki, bundan sonra da belə davam edəcək. Komandanın ümumi vəziyyəti çox yaxşıdır. Heyətdə Avropa çempionatının qalib və mükafatçıları yer alıblar. Yaxşı hazırlıq keçmişik. Dünya çempionatında da uğurlu çıxış edəcəyimizə inanıram. Düzdür, bir neçə güləşçimizdə yüngül zədələr var. Bunun güləşçilərimizin qarşısını alacağını düşünmürəm”.

Xatırladaq ki, U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək.