2006-cı ildən etibarən dövlət xətti ilə 52,4 min şəxsə 3,3 milyard manat həcmində ipoteka krediti verilib.
1xeber.media məlumatına görə, bunu İpoteka və Kredit Zəmanəti Fondunun İpoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev "Yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri" təlimində deyib.
O bildirib ki, bankdaxili ipoteka kreditlərinin həcmi də artıq ümumi portfeldə 18,6% təşkil edib:
"1,2 milyard manat həcmində 12 minə yaxın vətəndaş bankdaxili ipoteka kreditlərindən faydalanıb.
Ümumilikdə, ölkə üzrə verilmiş ipoteka kreditlərinin həcmi 4,5 milyard manatdır".