Вернуться назад Распечатать

Evlənənlərin və boşananların sayı məlum oldu

Bu ilin ilk beş ayında Azərbaycanda 8087 boşanma halları qeydə alınıb.

Bu barədə 1xeber.media-ya Dövlət Statistika Komirəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin ilk beş ayında 15107 nikaha daxilolma və 8087 boşanma halları qeydə alınıb. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.