Вернуться назад Распечатать

Türkiyədə istirahətdə olan rusiyalı uşaqlara Koksaki virusu yoluxub

1xeber.media xəbər verir ki, Türkiyənin Belek kurortunda yerləşən beşulduzlu IC Santai Family Resort otelində istirahət edən bəzi rusiyalı uşaqlara Koksaki virusunun yoluxduğu iddia edilir.

Baza nəşrinin məlumatına görə, zərərçəkənlərdən biri olan Anna adlı Rusiya vətəndaşı bildirib ki, ailəsi ilə birlikdə bu istirahət üçün uzun müddət pul yığıb. Onun sözlərinə görə, təxminən 510 min rubl dəyərində olan tur paketinə aviabilet, sığorta, transfer və oteldə yerləşmə daxil olub.

Məlumata əsasən, istirahət zamanı uşaqlarda Koksaki virusuna xas simptomlar müşahidə edilib və onlara müvafiq diaqnoz qoyulub.

Hələlik Türkiyə rəsmiləri və otel rəhbərliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.