Вернуться назад Распечатать

Çin Rusiya vətəndaşları üçün vizasız rejimi uzadıb

1xeber.media xəbər verir ki, Çin Rusiya vətəndaşları üçün vizasız giriş rejiminin müddətini 2027-ci ilin sonunadək uzadıb.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin portalında məlumat yayımlanıb. Qərara əsasən, Rusiya vətəndaşları xarici pasportla Çində 30 günədək vizasız qala biləcəklər.

Xatırladaq ki, bundan əvvəl Rusiya da Çin vətəndaşları üçün vizasız rejimin müddətini 2027-ci il dekabrın 31-dək uzatmışdı. Əvvəlki qaydalara əsasən, bu rejimin 2026-cı il sentyabrın 14-dək qüvvədə qalması nəzərdə tutulurdu.