Вернуться назад Распечатать

Rusiya ordusunun Xarkov sərhədlərinə yaxınlaşması ehtimalına qarşı Ukrayna hazırlıq görür

1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya ordusunun Xarkov şəhərinin inzibati sərhədlərinə çıxması ehtimalına qarşı hazırlıq gördüyü iddia olunur.

Ukrayna ordusunun 23-cü mühəndis-istehkam alayının tərkibində bu məqsədlə ayrıca batalyon yaradılıb.

Məlumata əsasən, həmin bölmənin hərbçiləri Xarkov dairəvi yolu ərazisində mühəndis qurğuları və müdafiə mövqeləri inşa edirlər.

Rusiya tərəfinin nümayəndəsi bildirib ki, Ukrayna ordusu orta müddətli perspektivdə Rusiya qüvvələrinin Xarkov şəhərinin inzibati sərhədlərinə yaxınlaşa biləcəyini ehtimal edir.

Bundan əvvəl Rusiya ordusunun Xarkovun şimalında dayaq məntəqəsi yaratdığı barədə məlumat yayılmışdı. Həmçinin Voloxovski, Zaxarovka, Yurçenkovo və Belıy Kolodez yaşayış məntəqələri istiqamətində döyüşlərin davam etdiyi iddia olunub.

Qeyd: Məlumat Rusiya tərəfinin açıqlamalarına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.