1xeber.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyat zonasında, Dobropol istiqamətində pilotsuz sistemlərin ekipajları yeni taktiki üsul olan "Maska" rejimini tətbiq edib.
Bu barədə "İzvestiya" qəzeti məlumat yayıb.
Məlumata görə, "Molniya" tipli pilotsuz uçuş aparatı sürət və hündürlük topladıqdan sonra yeni rejim işə salınır. "Qoqol" çağırış adlı istehkamçı-texnik bildirib ki, bu zaman dronun bütün parametrlərinin ötürülməsi gizlədilir və qarşı tərəfin elektron vasitələri onu aşkar etməkdə çətinlik çəkir.
Onun sözlərinə görə, "Maska" rejimi eyni zamanda dron operatorunun işini də mürəkkəbləşdirir, çünki operator məhdud görüntü əsasında aparatı hədəfə çatdırmalıdır.
Qəzetin məlumatına əsasən, rejim hədəfə zərbə endirilməzdən 10–20 saniyə əvvəl aktivləşdirilir və "Molniya" tipli dronların ələ keçirilməsi hallarını azaldır.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi rəhbərinin müşaviri Sergey Beskrestnov Rusiya istehsalı "Molniya" kamikadze dronunun pilot iştirakı olmadan Ukrayna obyektinə zərbə endirdiyini iddia etmişdi.
Həmçinin iyun ayında istehsalçı şirkət "Molniya-PVO" tipli təyyarə formasında olan dron əleyhinə sistemlərin düşmən pilotsuz aparatlarına qarşı effektiv vasitə olduğunu açıqlamışdı.