Gümrü şəhər merinin birinci müavini, mer vəzifəsini icra edən Avetis Arakelyan parlamentin deputatı mandatından istefa verib.
1xeber.media erməni KİV-ə istinadən xəbər verir ki, bunun üçün o, ərizə təqdim edib.
Arakelyan "Güclü Ermənistan" partiyasından parlamentə seçilən 29 deputatdan biridir.