Вернуться назад Распечатать

Merts: Azərbaycan və Ermənistanı Vaşinqtonda sənəd imzalamaları münasibətilə təbrik edirəm

Azərbaycan və Ermənistanı 2025-ci ilin avqustunda Vaşinqtonda sülh istiqamətində razılaşma sənədi imzalamaları münasibətilə təbrik edirəm.

1xeber.media report-a istinadla xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.

F.Mertsin fikrincə, Vaşinqtonda sənədin imzalanması Cənubi Qafqazın inkişafına töhfə verəcək.

"Sülh, təhlükəsizlik və sabitlik Cənubi Qafqaz üçün də zəruridir. Almaniya və Avropa İttifaqı geosiyasi cəhətdən mühüm olan bu regionda sabitlikdə son dərəcə maraqlıdır", - o bildirib.

F.Mertsin sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı razılaşmalar ölkələr arasında münasibətləri normallaşdırmaq və onilliklər boyu davam edən münaqişəni aradan qaldırmaq üçün imkanlar açır: "Regiondakı sabitlik ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də yeni imkanlar açır".