ABŞ-nin İrana qarşı hərbi əməliyyatları zamanı yaralanan amerikalı hərbçilərin sayı 500-ü ötüb.
1xeber.media xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumatlı mənbəyə istinadla bildirib.
Agentliyin məlumatına görə, yaralıların sayı Pentaqonun açıqladığı rəsmi statistikadan yüksəkdir. Pentaqon indiyədək 482 hərbçinin yaralandığını açıqlayıb.
Pentaqonun sözçüsü Şon Parnell isə son iki həftə ərzində İrana qarşı əməliyyatlarda təxminən 100 amerikalı hərbçinin müxtəlif dərəcəli xəsarətlər aldığını qeyd edib.
Məlumata əsasən, indiyədək münaqişə zamanı ümumilikdə 18 ABŞ hərbçisi həlak olub.