Вернуться назад Распечатать

İstanbuldan çıxan avtobus aşdı - 30-dan çox yaralı var

İstanbuldan Kuşadası istiqamətində hərəkət edən sərnişin avtobusu Kütahya-Afyonkarahisar avtomobil yolunda maneələrə çırpılaraq aşıb. 

1xeber.media xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində 31 nəfər yaralanıb. 

Qəza yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili yardım maşınları ilə ətrafdakı müxtəlif xəstəxanalara aparılıblar.

Qəza səbəbindən Kütahya-Afyonkarahisar avtomobil yolu bağlanıb.