Вернуться назад Распечатать

Türkiyədə helikopter qəzaya uğradı - Yaralılar var

Ankaranın Temelli rayonunda təlim helikopteri qəzaya uğrayıb.

1xeber.media xəbər verir ki, R44 tipli helikopterin qəzaya uğraması nəticəsində iki nəfər yaralanıb. 

Əraziyə çoxsaylı xilasetmə qrupları göndərilib.

Helikopter hələlik məlum olmayan səbəblərdən tarlaya düşüb.

Qəza ilə bağlı araşdırma başlanılıb.