Вернуться назад Распечатать

Zalujnı yeni Baş Qərargah rəisinin təyinatı ilə bağlı danışdı

  1. Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatının qarşısında olduqca çətin vəzifələr dayanır.

    1xeber.media xəbər verir ki, Zalujnı bu barədə özünün Telegram kanalında paylaşım edib.

    “Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı üçün qarşıdakı dövr çox ağır olacaq. Bu, onun təsəvvür etdiyindən də qat-qat çətin olacaq”, – deyə Zalujnı qeyd edib.