Вернуться назад Распечатать

Lavrov Rubio ilə keçiriləcək görüşün mövzusunu açıqlayıb

 

  1. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə görüşünün iyulun 23-də günün birinci yarısında baş tutacağını təsdiqləyib və danışıqlarda müzakirə ediləcək mövzulardan birini açıqlayıb.

    1xeber.media xəbər verir ki, Lavrov bu barədə Rusiya–ASEAN nazirlər toplantısının yekunlarına dair mətbuat konfransında danışıb.

    Nazirin sözlərinə görə, o, görüş zamanı ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin yaxın vaxtlarda nizamlanması ilə bağlı səsləndirdiyi bəyanata dair Rubionun mövqeyini öyrənmək niyyətindədir.

    “Ümid edirəm ki, görüşdən sonra təəssüratlarımız barədə sizi məlumatlandıra biləcəyik. Hər bir halda bu görüş faydalı olacaq”, – deyə Lavrov bildirib.

    Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio ASEAN sammiti çərçivəsində Sergey Lavrov və Çinin xarici işlər naziri Van İ ilə görüşməyə hazır olduğunu bildirmişdi.