Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya heç kimə hücum etmək niyyətində deyil. Onun sözlərinə görə, əgər Avropa ölkələri Moskva ilə münaqişəyə başlamağa qərar versələr, bu, qeyri-ənənəvi xarakter daşıyan müharibə olacaq.
1xeber.media xəbər verir ki, Lavrov bu fikirləri jurnalistlərə açıqlamasında səsləndirib.
“Rusiya Prezidenti Vladimir Putin dəfələrlə açıq şəkildə bildirib ki, biz heç kimə hücum etmək niyyətində deyilik. Lakin əgər onlar yenidən bütün Avropanı bir araya gətirərək bizə qarşı çıxmağa cəhd etsələr, bu artıq qeyri-ənənəvi müharibə olacaq”, – deyə Lavrov bildirib.
Xatırladaq ki, bundan əvvəl Osloda yerləşən Sülh Araşdırmaları İnstitutunun fəxri professoru Ola Tunander ehtimal olunan silahlı qarşıdurma halında Rusiyanın İsveçdəki hərbi hava bazalarını hədəfə ala biləcəyini iddia etmişdi. O, həmçinin Rusiyanın “Oreşnik” raket kompleksindən istifadə edə biləcəyini söyləmişdi.
Qeyd edək ki, bu xəbərdə yer alan açıqlamalar müvafiq şəxslərin bəyanatlarını əks etdirir və mümkün hərbi ssenarilərlə bağlı səsləndirilən fikirlər rəsmi təsdiqlənmiş hadisələr deyil.