Вернуться назад Распечатать

Epşteynlə əlaqədə şübhəli bilinən model ölü tapıldı

Amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqədə şübhəli bilinən model Daniel Siad Fransadakı evində ölü tapılıb.

1xeber.media xəbər verir ki, bu barədə BFMTV mənbəyə istinadən məlumat verir.

Nəşr bildirib ki, ölümün səbəbi məlum deyil və araşdırma davam edir.

Siad Epşteynə işləməkdə və cinsi istismar məqsədilə qızları onun üçün cəlb etməkdə şübhəli bilinirdi. Qeyd edək ki, həbsxanada ölü tapılan milyarder Ceffri Epşteyn yetkinlik yaşına çatmayan qızları hədəf alan şəbəkə qurmaqda ittiham olunurdu.